525.Az

Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları təsdiqləndi


 

Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları təsdiqləndi<b style="color:red"></b> Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiqlənməsi haqqında qərar qəbul edib.
 
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Nazirlər Kabinetinin qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyənləşib.
 





15.07.2016    çap et  çap et