525.Az

Uorlik: “Prezidentlərin görüşünün ən qısa zamanda təşkilinə çalışırıq”


 

Uorlik: “Prezidentlərin görüşünün ən qısa zamanda təşkilinə çalışırıq”<b style="color:red"></b> ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü ən qısa zamanda təşkil etməyə çalışırlar.
 
APA-nın xəbərinə görə, bunu amerikalı həmsədr Ceyms Uorlik "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.

“Baxmayaraq ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi hələ müəyyən edilməyib, həmsədr ölkələr ABŞ, Rusiya və Fransa bu görüşü mümkün qədər tez təşkil etməyə çalışırlar”.
 
Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.
 





15.07.2016    çap et  çap et