525.Az

Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu


 

Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu<b style="color:red"></b>

Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, baş məşqçi vəzifəsinə Ukrayna millisinin canlı əfsanəsi Andrey Şevçenko gətirilib.

Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvləri yekdilliklə Andrey Şevçenkonun namizədliyini dəstəkləyiblər. 39 yaşlı mütəxəssislə 2+2 sistemi üzrə müqavilə imzalanıb.

O, bu vəzifədə Yuri Fomenkonu əvəzləyib. Artıq Şevçenkonun köməkçiləri də müəyyənləşib. Ona Ukrayna yığmasında italiyalı Mauro Tassotti, Andrea Maldera və ispaniyalı Raul Rianço köməklik edəcək.

 





15.07.2016    çap et  çap et