525.Az

Lavrov və Kerri Fransanın Moskvadakı səfirliyində


 

Lavrov və Kerri Fransanın Moskvadakı səfirliyində <b style="color:red"></b> Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri uzun sürən danışıqlardan sonra Fransanın Moskvadakı səfirliyinə yollanıblar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hər iki ölkənin xarici siyasət idarəsinin rəhbəri Fransanın Nitsa şəhərində baş verən terror aktı ilə bağlı Moskvadakı Fransa səfirliyində keçirilən anım mərasiminə qatılıblar.
 
S.Lavrov və C. Kerri Fransanın Rusiyadakı səfirinə başsağlığı verib, terror aktı qurbanlarının xatirəsinə açılmış kitaba ürək sözlərini yazıblar və diplomatik missiyanın binası qarısına gül düzüblər.
 
Bu gün Kerri və Lavrovun birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
 





15.07.2016    çap et  çap et