525.Az

"El Klasiko"nun vaxtı bilindi


 

"El Klasiko"nun vaxtı bilindi<b style="color:red"></b>

İspaniya La Liqasında 2016/2017 mövsümünün püşkü atılıb.

Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, La Liqada yeni mövsüm avqustun 21-də start götürəcək.

İlk turda son çempion "Barselona" evdə "Betis"lə, "Real" (Madrid) isə səfərdə "Real Sosyedad"la qarşılaşacaq.

Mövsümün ilk "El-Klasiko"su bu ilin dekabrında keçiriləcək. Dekabrın 3-də "Barselona" evdə "Real"ı qəbul edəcək. Bu komandalar arasında ikinci görüş gələn il, aprelin 23-də Madriddə keçiriləcək.

La Liqada ilk turun cütlükləri belədir:

"Real Sosyedad" - "Real" (Madrid)

"Malaqa" - "Osasuna"

"Sevilya" - "Espanyol"

"Qranada" - "Vilyareal"

"Valensiya" - "Las Palmas"

"Deportivo" - "Eybar"

"Barselona" - "Betis"

"Sportinq" (Xixon) - "Atletik" (Bilbao)

"Atletiko" (Madrid) - "Alaves"

"Selta Viqo" - "Leqanes"

 





15.07.2016    çap et  çap et