525.Az

Binali Yıldırım: "Türkiyədə hərbi çevrilişə cəhd olub"


 

Binali Yıldırım: "Türkiyədə hərbi çevrilişə cəhd olub"<b style="color:red"></b> Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.
 
Türkiyə baş naziri ölkədə çevrilişə cəhd olunduğunu bildirib. “Bir qrup hərbçi səlahiyyətlərindən sui-istifadə edərək qanuna zidd hərəkətlər etməyə cəhd edib.Hər-halda vətəndaşlarımız arxayın ola bilər ki, biz qayda-qanun və sabitliyi qoruyacağıq. Bütün günahkarlar layiqli cəzalarını alacaqlar” – Binali Yıldırım deyib.
 
Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.
 





16.07.2016    çap et  çap et