525.Az

Hərbi çevrilişə cəhd edənlər İstanbulun Atatürk aeroportunu tərk ediblər, ilk təyyarə enib


 

Hərbi çevrilişə cəhd edənlər İstanbulun Atatürk aeroportunu tərk ediblər, ilk təyyarə enib<b style="color:red"></b> Türkiyə prezident Ərdoğanın xalqı meydanlara, aeroportlara, küçələrə çıxmağa dəvət etməsindən sonra İstanbuldan bəzi qrupların Atatürk aeroportuna getdiyi və o bölgədəki  tankların hərbi manevrlərinin azaldığı müşahidə edilməkdədir.
 
APA-nın İstanbuldakı müxbirinin verdiyi məlumata görə, son gələn məlumatda isə vətəndaşların tankları o bölgədən tamamilə uzaqlaşdıraraq aeroporta girdiyi və Türk Hava Yollarının ilk təyyarəsinin aeroporta endiyi bildirilir. Çevriliş təşəbbüsçülərinin İstanbulun başqa nöqtələrində öz iqtidarlarını bərqərar etmək üçün  silahdan istifadə etdiklərinə dair xəbərlər də verilir.
 
Mediaya açıqlama verən baş nazirin müavini Numan Kurtulmuş “Türkiyənin və Türk demokratiyasının bu çevriliş təşəbbüsündən daha da güclənərək çıxacağını” vurğulayıb.
 
Numan Kurtulmuş xalqı təhriklərə qapılmamağa çağırıb. Digər tərəfdən, İstanbulun məscidlərində əzan oxunmasına davam edilir. İstanbul baş polis idarəsinin yerləşdiyi Vətən prospektinə gedən vətəndaşlar “Allahü əkbər!”-nidaları səsləndirirlər.
 





16.07.2016    çap et  çap et