525.Az

Bakıdan Türkiyənin turizm bölgələrinə avtobusla səfərlər həyata keçiriləcək


 

Bakıdan Türkiyənin turizm bölgələrinə avtobusla səfərlər həyata keçiriləcək<b style="color:red"></b> “20 iyuldan etibarən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçiriləcək”.
 
Bu barədə “APA-Economics”ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı məlumat verib.
 
“Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişəcək. Biletin qiyməti 120 manat təşkil edəcək. Baqaj da biletə daxildir”, - deyə Ş.Mehmanqızı əlavə edib.
 
Qeyd edək ki, reyslər həftənin II, IV, VI günlər həyata keçiriləcək.
 





16.07.2016    çap et  çap et