525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün <b style="color:red"></b>

1927-ci il. Görkəmli heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ dövlət mükafatı laureatı Tokay Məmmədov anadan olub.

Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib.

Ağacın növünü və keyfiyyətini dəqiqliklə öyrənən sənətkar bu material əsasında bir çox insan simalarını canlandırıb.

Onun yaratdığı ağac portretlərində yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir.

Sənətkar müxtəlif illərdə ağac materiallarından bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradıb.

1908-ci il. Təbrizdə Səttarxanın başçılıq etdiyi inqilab qələbə qazanıb.

Səttarxan hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdə baş verən milli azadlıq və demokratik hərəkatların “pioneri” adlandırmaq olar.

1988-ci il. İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda müharibə başa çatıb (1980-1988).

Müharibə hər iki tərəf üçün uğursuz olub, çoxlu sayda insan və maddi itkilərlə nəticələnib.

Müharibə İranın BMT Təhlükəsizlik Şurasının 598 nömrəli qətnaməsini qəbul etməsi ilə başa çatıb.

Tərəflər arasında atəşkəs bağlanıb və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarıb.

 





18.07.2016    çap et  çap et