525.Az

Jurnalistlər arasında şahmat yarışı keçirildi - Fotolar


 

Jurnalistlər arasında şahmat yarışı keçirildi - <b style="color:red">Fotolar</b>

İyulun 16-da Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib.

Tədbirin açılışında yarışın qaydaları haqqında məlumat verilib.

Qeyd olunub ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Ümumdünya Şahmat Olimpiadasına dəstək verməkdir.

7 turdan ibarət yarışda maksimum xal toplayan Fuad Əlizadə (sputnik.az) turnirin qalibi adını qazanıb.

Liderdən 1 xal geri qalan Ceyhun Əliyev (futbolinfo.az) ikinci yerlə kifayətlənib. 7 turdan 5 xal toplayan İlkin Xəlilov (ATV kanalı) üçüncü yeri tutub.

Qaliblərə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

 





18.07.2016    çap et  çap et