525.Az

ANS-in yayımı dayandırıldı


 

ANS-in yayımı dayandırıldı<b style="color:red"></b> ANS Televizyasının və radiosunun yayımı dayandırılıb.

Bu barədə APA-ya ANS-dən məlumat daxil olub.
 
Özəl mənbədən əldə etdiyimiz məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.
 
Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.
 
Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.   
 
Xatırladaq ki, Azərbaycan prezidenti Türkiyədə baş vermiş hadisələri qətiyyətlə pisləyib, bununla bağlı Türkiyə dövlətinə və prezidentinə dəstəyini ifadə edib.
 





18.07.2016    çap et  çap et