525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1402-ci il. Əmir Teymurun və Osmanlı Sultanı I Bəyazidin başçılıq etdikləri ordular arasında Ankara döyüşü baş verib.

Döyüşdə məğlub olan I Bəyazid əsir düşsə də, Teymur ona böyük ehtiram göstərib.

Ankara döyüşündə məğlubiyyət İstanbulu fəth etməyə hazırlaşan türklərin bu istəyinin reallaşmasını 50 il gecikdirib.
 
1924-cü il. Beynəlxalq Şahmat Federasiyası – FİDE yaradılıb.

Demokratik prinsiplər əsasında təsis olunan FİDE qeyri-siyasi təşkilatdır. FİDE milli şahmat federasiyalarını birləşdirir və dünya şahmatçılarına rəhbərlik edir.

Federasiyanın təsis edildiyi gün – iyulun 20-si dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur.
 
1974-cü il. Kiprdə Prezident Makariosa qarşı təşkil edilən dövlət çevrilişindən sonra Türkiyə ordusu adaya yeridilib.

2015-ci il. Amerika Birləşmiş Ştatları və Kuba yarım əsrdən sonra diplomatik münasibətləri bərpa edib.
 





20.07.2016    çap et  çap et