525.Az

Atəşkəs pozulub


 

Atəşkəs pozulub<b style="color:red"></b>

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az=a verilən məlumata görə, Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şıxlar, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 





28.02.2013    çap et  çap et