525.Az

“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırdı


 

“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırdı<b style="color:red"></b> “Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırıb.
 
APA-nın xəbərinə görə, saytın təsisçilərinin yaydığı bəyanatda bildirilir:

"Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik".
 
Qeyd edək ki, "Zaman-Azərbaycan" qəzeti 1991-ci il mayın 24-dən nəşr olunur.
 





20.07.2016    çap et  çap et