525.Az

Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün yer ayrıldı


 

Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün yer ayrıldı<b style="color:red"></b> Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
 

APA-nın xəbərinə görə, fərmanda Azərbaycan Müdafiə Nazirliyinə protokolun müddəalarını həyata keçirmək tapşırılıb.
 
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokol 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanıb.
 





21.07.2016    çap et  çap et