525.Az

''Jurnalistika terminləri lüğəti'' kitabının təqdimatı keçirildi


 

' width=234 hspace=5 vspace=5 border=1 align=left />

Dünən "Jurnalistika terminləri lüğəti" kitabının təqdimatı keçirilib.
 
Kitabın tərtibçiləri filologiya üzrə elmlər doktoru, professor, tanınmış jurnalist Qulu Məhərrəmli, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, redaktoru "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevdir. Tədbirdə KİV rəhbərləri, tanınmış ziyalılar iştirak ediblər.

Tədbirdə həmçinin lüğətin azleks.az saytındakı onlayn versiyası da təqdim edilib. Saytın iş prinsipləri iştirakçılara izah olunub.

Qulu Məhərrəmli bildirib ki, lüğətdə 2500 termin və ifadə var və bu, Azərbaycanda ilk belə izahlı lüğətdir. Lüğətdə ən aktual terminlər və ifadələr toplanaraq Azərbaycan dilinə tərcümə edilib. Qulu Məhərrəmli kitabın onlayn versiyasının mütəmadi olaraq yenilənəcəyini də qeyd edib. O, bu istiqamətlərdə təklif və iradlara açıq olduqlarını bildirib.

Professor Şirməmməd Hüseynov lüğəti təkcə gənclər üçün deyil, təcrübəli KİV işçiləri üçün də faydalı və lazımlı nəşr adlandırıb.

Kitabın redaktoru, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev  bildirib ki, jurnlistikada həm kadr potensialı, həm də dil məsələləri ilə bağlı problem var: "Biz bu lüğətdə bütün beynəlxalq elm mərkəzlərinin ədəbiyyatlarını nəzərə almışıq. Burada təkcə, media ilə bağlı terminlər yox, XX əsrin sonu, XXI əsrin əvvəllərində yaranan ictimai-siyasi sahədə işlədilən bir çox terminləri daxil etmişik. Bizim məqsədimiz bu sahədə çalışan müəllimlərə, tələbələrə, həmkarlarınıza müəyyən qədər kömək etməkdir".

Tədbirdən sonra Azərbaycan Jurnalistlər Birliyi tərəfindən bir qrup jurnalistə Milli Mətbuat Günü münasibəti ilə Həsən bəy Zərdabi mükafatı təqdim olunub.

 





21.07.2016    çap et  çap et