525.Az

Jurnalistlər üçün yazı müsabiqəsinin qalibləri açıqlandı


 

Jurnalistlər üçün yazı müsabiqəsinin qalibləri açıqlandı<b style="color:red"></b>

Dünən "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi ilə Parlament Jurnalistlər Birliyinin Milli Mətbuatın yaranmasının 141 illiyi ilə bağlı jurnalistlər arasında keçirdiyi "Qarabağ: aprel döyüşü mediaya nələri öyrətdi?" mövzusunda müsabiqəsinin nəticələri açıqlanıb.

İcmanın qərargahında keçirilən toplantıda Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov qeyd edib ki, müsabiqəyə ümumilikdə 61 yazı təqdim edilib. "2016-cı ilin aprel hadisələri" ilə bağlı 60 yazı, "Milli Mətbuatımızın formalaşmasında Qarabağ" mövzusunda isə 1 yazı təqdim olunub. Birinci istiqamət üzrə birinci və ikinci yeri qazanan olmayıb. Münsiflər yalnız İTV-nin Qarabağ bürosunun əməkdaşı Şöhrət Eyvazovun "Yurdun səsi"ndə dərc olunmuş "Mini müharibə" dərsi və ya şəhidlik fəlsəfəsi" yazısını üçüncü yerə layiq görüblər".

Bu istiqamət üzrə bir qrup jurnalist həvəsləndirici mükafata layiq görülüb.

"Milli Mətbuatımızın formalaşmasında Qarabağ" mövzusunda isə 1 yazı təqdim olunub. "Ekspress" qəzetinin əməkdaşı Aqil İsmayıloğlunun "Milli mətbuatımızın formalaşmasında Qarabağ" yazısı bu istiqamətdə həvəsləndirici mükafata layiq görülüb.

Bayram Səfərov deyib ki, Azərbaycan dövləti hər zaman mətbuata diqqət göstərir: "Dünyada ilk dəfə olaraq Azərbaycanda jurnalistlərə pulsuz mənzillər verildi. Bu siyasət bu gün də davam etdirilir".

İcma rəhbəri diqqəti bu ilin aprel olaylarına çəkib və bu zaman Azərbaycan mediasının özünü doğrultduğunu, dövlət və milli maraqlardan çıxış etdiyini söyləyib".

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə qeyd edib ki, İcma belə tədbirlərə hər zaman diqqət ayırır: "Buna görə İcma rəhbərliyinə təşəkkür edirik".

Sonra müsabiqə qalibləri diplom və pulla mükafatlandırılıblar.

Deputatlardan Rövşən Rzayev, Aqil Abbas, Bəxtiyar Əliyev, media rəhbərlərindən Rəşad Məcid, Akif Aşırlı, Aqil Camal, Nadir Azəri müsabiqə qaliblərini təbrik ediblər.

 





21.07.2016    çap et  çap et