525.Az

Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim edildi


 

Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim edildi<b style="color:red"></b> Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim edilib.
 
Məktəbdən 525.az-a verilən məlumata görə, bununla bağlı BANM-in idarəçiliyinə verilmiş Qafqaz Universitetində tədbir keçirilib.

Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov E. Qasımovu kollektive təqdim edib və bildirib ki, idarəçiliyin dəyişməsi sistemin effektivliyinin daha da artırılmasını nəzərdə tutur.

SOCAR-ın vitse-prezidenti X. Məmmədov  Qafqaz Universitetinin sabiq rektoru Ahmet Saniçə 11 il ərzində göstərdiyi fəalliyyət və uğurlarına görə təşəkkür edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 

Xalik Məmmədov Qafqaz Universitetində sistemin dəyişməyəcəyini, hətta bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb.

O bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalacaq və tələbə qəbulu davam etdiriləcək.
 
E.Qasımov isə bildirib ki, bundan sonra Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universitetinin inkişaf etdirilməsi onun qarşısında duran vacib məsələlərdən olacaq.
 
Qafqaz Universitetinin sabiq rektoru Ahmed Saniç qarşıdakı fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb.

A.Saniç vurğulayıb ki, Qafqaz Universteti bundan sonrakı mərhələlərdə daha da inkişaf edəcək.

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.

Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.
 





21.07.2016    çap et  çap et