525.Az

Səfir: “Göndərilən sənədlərə lazımi reaksiyanı gözləyirik”


 

Səfir: “Göndərilən sənədlərə lazımi reaksiyanı gözləyirik”<b style="color:red"></b>

“15 iyul gecəsi Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır. O şəxsin ekstradisiyası ilə lazımi sənədlər ABŞ-a göndərilib”.

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
 
Səfir bildirib ki, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir.
 
Türkiyənin öz demokratiyasına sahib çıxan güclü dövlət olduğunu vurğulayan İ. A. Çoşkun ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib:

“Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”.

 





21.07.2016    çap et  çap et