525.Az

"Qəbələ" Avroliqanın üçüncü mərhələsində!


 

"Qəbələ" Avroliqanın üçüncü mərhələsində!<b style="color:red"></b>

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, turnirdəki digər təmsilçimiz "Qəbələ" klubu bu gün növbəti matçını keçirib.

Qəbələ təmsilçisi evdə Macarıstanın MTK klubunu sınağa çəkib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun komandası bu görüşdə də 2:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Qəbələ" III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq.

21 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

21:00. "Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan) - 2:0
Qollar
: Sergey Zenyov, 7 (1:0), Teo Uiks, 37 (2:0)
İlk oyun - 2:1
Baş hakim: Mete Kalkavan
Köməkçi hakimlər: Ceyhun Sesigözəl və Esat Sancaktar
Dördüncü referi: Serkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu.

 





22.07.2016    çap et  çap et