525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1990-cı il. Heydər Əliyev Moskvadan Naxçıvana gəlib.

Bu dövrdə bütün Azərbaycanda, həmçinin Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün milli rəhbər lazım idi. Belə bir rəhbər xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi.

H.Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Həmin dövrdən etibarən Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlanıb.
 
İyulun 22-si Milli Mətbuat Günüdür. Ulu öndər Heydər Əliyevin 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaranmasının 125 illiyi ilə bağlı imzaladığı Fərmana əsasən bu gün həmin ildən dövlət səviyyəsində qeyd olunur.

1875-ci il iyulun 22-də ilk nömrəsinin nəşri ilə Azərbaycan milli mətbuatının bünövrəsini qoyan “Əkinçi” qəzeti maarifçi və demokratik ideyalar təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərib.

Qəzet görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi altında Bakıda qubernator mətbəəsində nəşr edilib.
Bütün Qafqazda əks-səda doğuran “Əkinçi” qəzeti 1875-1877-ci illərdə, ayda iki dəfə 300-400 tirajla nəşr edilib və cəmi 56 sayı işıq üzü görüb.
 
1944-cü il. BMT-nin ABŞ-da keçirilən valyuta konfransında Beynəlxalq Valyuta Fondu yaradılıb.
 
1894-cü il. Parisdə dünyada ilk avtomobil yarışları keçirilib.

“La Petite Journal” qəzetinin baş redaktoru Pyer Jiffarın təşəbbüsü ilə təşkil olunan yarışda 67 avtomaşin iştirak edib.
 





22.07.2016    çap et  çap et