525.Az

Şeyx: "Savadlı din xadimlərinə böyük ehtiyac var”


 

Şeyx: "Savadlı din xadimlərinə böyük ehtiyac var”<b style="color:red"></b> “Azərbaycanda savadlı din xadimlərinə böyük ehtiyac duyulur”.

Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu İdarə sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Zaqatalada dindarlarla keçirdiyi görüşdə bildirib.
 
O qeyd edib ki, sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab ediblər:

“Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar.

Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.
 





22.07.2016    çap et  çap et