525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün <b style="color:red"></b>

1993–cü il. Ermənistanın silahlı qüvvələri Ağdam rayonunu işğal edib.

Hazırda rayon ərazisinin (1093 kv km) üçdə ikisi erməni işğalı altındadır.

İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edilib.

Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-na Milli Qəhrəman adı verilib. Rayonun 160 min əhalisinin 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar.

İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

1916–cı il. Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı, Xalq rəssamı Maral Rəhmanzadənin doğum günü (1916 - 2008).

Əsərləri bir çox ölkələrdə incəsənət sərgilərində nümayiş etdirilib, Moskvadakı Tretyakov qalereyasında və digər xarici muzeylərdə saxlanılır.

1903-cü il. “Ford” şirkəti istehsal etdiyi ilk maşını satışa çıxarıb.

AzərTAc

 





23.07.2016    çap et  çap et