525.Az

"Münhendə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur"


 

"Münhendə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur"<b style="color:red"></b> “Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.
 
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik” - deyə H. Hacıyev qeyd edib.
 
Qeyd edək ki, dünən Almaniyanın Münhen şəhərinə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 21-ə çatıb. Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib.
 





23.07.2016    çap et  çap et