525.Az

Daha bir şəxs "SOCAR Türkiye"nin rəhbərliyindən uzaqlaşdırıldı


 

Daha bir şəxs "SOCAR Türkiye"nin rəhbərliyindən uzaqlaşdırıldı<b style="color:red"></b> "SOCAR Türkiye" şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.
 
"APA-Economics" xəbər verir ki, şirkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.
 
Qeyd edək ki, bundan öncə şirkətin baş icraçı direktoru Saadettin Korkut istefa verib. Ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb.
 
S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri Anar Məmmədov (fotoda) əvəzləyib. Yeri gəlmişkən, artıq A. Məmmədov kollektivə təqdim olunub.
 





28.07.2016    çap et  çap et