525.Az

Dağıstan rəhbəri Dərbənd-Bakı qatarının işə salınmasını təklif edib


 

Dağıstan rəhbəri Dərbənd-Bakı qatarının işə salınmasını təklif edib<b style="color:red"></b> Dağıstanın rəhbəri Ramazan Abdullatipov Dərbənd-Bakı dəmir yolu qatarının istismara verilməsini təklif edib.
 
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, muxtariyyət rəhbəri bu təkliflə Şimali Qafqaz dəmir yolunun rəisi Vladimir Pyastolovla görüşündə çıxış edib.
 
"Dəmir yolu infrastrukturunun və Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsinin tikintisinə başlamaq lazımdır.

Bundan başqa, mən Dərbənd-Bakı marşrutu üzrə dəmir yolu qatarının işə salınması təklif edirəm", - deyə o bildirib.
 





28.07.2016    çap et  çap et