525.Az

İlham Əliyevdən perulu həmkarına təbrik


 

İlham Əliyevdən perulu həmkarına təbrik <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Pedro Pablo Kuçinskini Peru prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Peru Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycanla Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
 





28.07.2016    çap et  çap et