525.Az

İmişlidə növbəti zəlzələ - Yenilənib


 

İmişlidə növbəti zəlzələ - <b style="color:red">Yenilənib</b>

İmişlidə 3,9 bal gücündə növbəti zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:49-da İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 22 kilometr dərinlikdə yerləşib.

*** 09:04

Avqustun 1-də İmişlidə 5,6 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:46-da Beyləqandan 34 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda 5 bala kimi hiss olunub.

 





01.08.2016    çap et  çap et