525.Az

Rusiya Azərbaycandan neftin qəbulunu dayandırdı


 

Rusiya Azərbaycandan neftin qəbulunu dayandırdı<b style="color:red"></b> Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılıb və hazırda neft nəql edilmir.
 
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.
 
Məlumata görə, "Transneft"in başçısının müşaviri İqor Demin deyib ki, Azərbaycandakı yeraltı təkanlar boru xətti ilə neftin ötürülməsinə ciddi təhlükə yaradıb.
 
Xatırladaq ki, İmişli rayonunda yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxın ərazilərdə 5 bala kimi hiss olunub.
 





01.08.2016    çap et  çap et