525.Az

"SAY Multikulturalizm" layihəsi başa çatdı - Fotolar


 

İSMAYILLIDA TƏŞKİL OLUNAN DÜŞƏRGƏDƏ 100-dən ÇOX GƏNC KEÇİRİLƏN TƏLİM-YARIŞLARDA İŞTİRAK EDİBLƏR

"SAY Multikulturalizm" layihəsi başa çatdı - <b style="color:red">Fotolar</b>

Gənclərlə bağlı müntəzəm maarifləndirmə tədbirləri həyata keçirən "İrəli” İctimai Birliyi Avropa Oyunlarından öncə hazırlanmış konsepsiya əsnasında ərsəyə gələn "SAY" (Support of Azerbaijan Youth) hərəkatının növbəti tədbirini reallaşdırıb.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "İrəli"nin təşkilatçılığı ilə "SAY" hərəkatının üçüncü fəaliyyəti çərçivəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulan çadırlarda qalaraq bir sıra multikultural dəyərlərin təbliği ilə bağlı təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirib, həmçinin təşkil olunan səmti müəyyənetmə, dağçılıq və digər ekstrim idman növləri üzrə yarışlarda qüvvələrini sınayıblar.

Layihənin əsas məqsədi 2016-cı Multikulturalizm ili çərçivəsində Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli-mənəvi dəyərlərimiz, maddi-mədəni sərvətlərimizin mənfur düşmənlər tərəfindən öz adına çıxarılmasının qarşısını almaqdır.

“SAY: Multikulturalizm”  layihəsinin ilk günündə gənclərə “Komanda işi və stereotiplərdən necə azad olmalı” mövzusunda təlim keçirilib. İştirakçılar dağa dırmanma ekstrimal idman növundə özlərini sınayıb, həmçinin “İntellektual multikulturallar” oyununda iştirak ediblər.

Layihənin növbəti günü gənclər “Multikulturalizm və dinləri necə yaşayaq” təlimində iştirak ediblər. Həmçinin iştirakçılar Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak edərək "Atlet və qaçış", "Xəritə və kompas" mövzularında praktiki biliklərə yiyələniblər. Günün sonunda iştirakçıların öz bilikərini tətbiq etməsi üçün praktiki hissə keçirilib.

Daha sonra gənclərə “Multikultural cəmiyyətdə vətəndaş vəzifələri və Azərbaycan çoxmillətli dövlət kimi” mövzusunda təlim keçirilib. Eyni zamanda iştirakçılar səmti müəyyənetmə oyununda yarışıb və günün sonunda İvanovka kəndinə ekskursiya edərək buradakı mədəni-əyləncəli proqramda iştirak ediblər.

Layihənin növbəti günündə iştirakçılar “Multikulturalizm modeli” simulyasiya oyununda iştirak edərək bu sahədə öz bilik və bacarıqlarını artırıblar.

Düşərgə proqramında film gecəsi, iməcilik, intellektual oyunlar, ictimai müzakirə və müxtəlif əyləncələr həyata keçirilib. 14 regiondan 100 nəfərdən çox gənc 8 komandaya bölünərək yarışlarda mübarizə aparıblar. Qalib komandalar “İrəli” İctimai Birliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, düşərgə iyulun 25-dən 30-dək İsmayıllı rayonunda təşkil olunub.

Ceyhun ABASOV

 





01.08.2016    çap et  çap et