525.Az

Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat ayrıldı


 

Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat ayrıldı<b style="color:red"></b> Prezident İlham Əliyev “Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.
 





01.08.2016    çap et  çap et