525.Az

Alimlər bitkilərdən orqanlar yetişdirmək niyyətindədirlər


 

Alimlər bitkilərdən orqanlar yetişdirmək niyyətindədirlər<b style="color:red"></b>

Kanadanın biofizika elmləri laboratoriyasının əməkdaşları tibb sahəsində inqilabi yeniliyə imza atıblar.

AZƏRTAC globalscience.ru saytına istinadla bildirir ki, alimlər tərəvəzlərdən istifadə edərək normal işləyən insan orqanlarını yetişdirməyə nail olublar.

Qeyd edək ki, həmin orqanlar üzərində aparılan testlər yüksək nəticə göstərib. Müasir elmdə belə istiqamət bioxakinq adlanır.

Alimlərin sözlərinə görə, bu üsulla bir çox xəstəliklərin qarşısını almaq mümkün olacaq.

 





02.08.2016    çap et  çap et