525.Az

Türkiyədə iki vilayətin adı dəyişdirilir


 

Türkiyədə iki vilayətin adı dəyişdirilir <b style="color:red"></b>

Türkiyədə iki vilayətin adı dəyişdirilir və inzibati ərazi vahidi olmaqdan çıxarılır.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentinə qanun layihəsi təqdim olunub.

Sənədə əsasən, Hakkari və Şırnak bundan sonra vilayət olmayacaq, Cizre və Yüksekova isə vilayət ediləcək. Hakkarinin adının Çölemerik, Şırnakın adının isə Nuh kimi dəyişdiriləcəyi məlum olub. Hər iki şəhər rayona çevriləcək. 

Qeyd edək ki, Hakkarinin əvvəllər adı kürd dilində Colemêrgdən gelen Çölemerik, Şırnakın qədim adı da Nuhun şəhəri mənasını verən Şehr-i Nuh olub.

 





02.08.2016    çap et  çap et