525.Az

Zeman müsəlman qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxdı


 

Zeman müsəlman qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxdı<b style="color:red"></b>

Çexiya prezidenti Miloş Zeman müsəlman ölkələrindən olan, həmçinin baş nazir Boquslav Sobotkan hökumətinin qəbul etməyə razılıq veridiyi qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi İrji Ovçaçek məlumat verib.

"Ölkəmiz özündə Fransa və Almaniyada reallaşan terror hücumları kimi təhdidlər daşıyan risklərə yol verə bilməz", - deyə, o bildirib.

Mətbuat katibinin sözlərinə görə, prezident qaçqınların Çexiya ərazisində qəbulunun istənilən variantına qarşıdır.

O məlumat verib ki, dövlət başçısı hətta ölkədə məhdud sayda qaçqına sığınacaq verilməsi ilə bağlı hökumətin verdiyi qərara yenidən baxılmasına çalışacaq.

 





02.08.2016    çap et  çap et