525.Az

Ramazan Abdulatipov “Dostluq” ordeni ilə təltif edildi


 

Ramazan Abdulatipov “Dostluq” ordeni ilə təltif edildi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R.Abdulatipov Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının başçısıdır.

 





02.08.2016    çap et  çap et