525.Az

Nigar Yaqublu və Seymur Həzi həbsxanada evləndilər


 

Nigar Yaqublu və Seymur Həzi həbsxanada evləndilər<b style="color:red"></b> Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində nikah mərasimi olub.
 
 “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzi ilə keçmiş məhbus, Musavat Partiyası Məclisinin üzvü Nigar Yaqublunun nikahı bağlanıb. Mərasimi Xəzər Rayon Qeydiyyat Şöbəsi həyata keçirib.
 
N.Yaqublu Seymur Həzinin soyadını qəbul edib. Nikah mərasimində hər iki tərəfin doğmaları iştirak ediblər.
 
Xatırladaq ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib və Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.
 





02.08.2016    çap et  çap et