525.Az

Ukrayna Azərbaycan və Qazaxıstan neftinin nəqlinə maraqlıdır


 

Ukrayna Azərbaycan və Qazaxıstan neftinin nəqlinə maraqlıdır<b style="color:red"></b>

Ukrayna bu ilin sonuna Azərbaycan və Qazaxıstandan 2 mln. tona qədər xam neftin Avropaya nəqli üçün saziş imzalamağı planlaşdırır.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə dövlət neft daşıma operatoru olan "UkrTransNafta" ASC məlumat yayıb.

"UkrTransNafta" hökumətə məktubunda Azərbaycan və Qazaxıstan neftinin Odessa-Brodı kəməri ilə daşınması üçün bəzi ön məhdudiyyətlərin asanlaşdırılmasını istəyib.

Qeyd edək ki, hazırda bu kəmərə daha çox Rusiyanın "Urals" nefti doldurulur.

"UkrTransNafta" boru kəmərləri ilə neftin Ukraynanın emal müəssisələrinə daşıyan və Mərkəzi və Şərqi Avropa ölkələrinə tranzitini həyata keçirən yeganə milli operatordur.

 





03.08.2016    çap et  çap et