525.Az

Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirildi


 

Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirildi<b style="color:red"></b> Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəsinə tövsif edilib. Onun cəzası 10 ildən 5 ilə endirilib.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.


 
S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 





03.08.2016    çap et  çap et