525.Az

Çində avtobus-tunel sınaqdan keçirildi - Video


 

Çində avtobus-tunel sınaqdan keçirildi - <b style="color:red">Video</b>

Çin hökuməti avqustun 3-də Xebey vilayətinin Sinxuandao şəhərində TEB-1 avtobus-tunelin ilk hərəkət sınağını keçirib.

Çinin mərkəzi televiziyasının məlumatına görə, relslər üzərində hərəkət edən avtobus yerdən iki metr hündürlükdə yerləşir. Uzunluğu 22, eni 7,8, hündürlüyü isə 4,8 metrdir. Avtobusun altından iki cərgədə hündürlüyü iki metrə çatan avtomobillər keçə bilir.

Bu nəqliyyat vasitəsinin salonu 300 nəfər üçün nəzərdə tutulub, onlardan 55-i oturacaqlı yerlərdir. İxtiraçılar avtobusun tixacda qalma və ya tıxac yaratma qorxusunun olmadığını qeyd edirlər.

Avtobusun daha bir üstünlüyü elektrik enerjisi ilə işləməsidir. Hökumət iri və çoxsakinli şəhərlərdə bu cür avtobuslara ehtiyac olduğunu bildirir.

AzərTAc

 





03.08.2016    çap et  çap et