525.Az

Ümid yeri - (şeir)


 

Ümid yeri - <b style="color:red">(şeir)</b>

Türklərin ümid yeri
Türkə yiyə -Türkiyə.
Həm qibləsi, həm piri
Türkə yiyə -Türkiyə.

Milləti bir ordudu,
Ulu Dədə Qorqudu,
Qəhrəmanlar yurdudu,
Türkə yiyə -Türkiyə.

Düşmənləri boğuldu,
Neçə şəhid doğuldu,
Torpağına oğuldu,
Türkə yiyə -Türkiyə.

Bayraq qana boyandı,
Yatmış gecə oyandı,
Yer üzünə həyandı,
Türkə yiyə -Türkiyə.

Tarix qansız yazılmaz,
Türk elləri basılmaz,
Yad bayraqlar asılmaz,
Türkə yiyə -Türkiyə.

Çanaqqala, Marşı,
Görmüş neçə savaşı,
Azərbaycan qardaşı,
Türkə yiyə -Türkiyə.

Sabir Abdin

 





03.08.2016    çap et  çap et