525.Az
Qənirə Paşayeva Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində
Millət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.
Səfirlikdən verilən məlumata görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağa mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Misir və Azərbaycan arasında olan tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan bəhs edib.
Söhbət zamanı Q.Paşayeva, həmçinin Misirlə Azərbaycan arasında mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi səylər göstərilməsinin vacib olduğunu, Misir və Azərbaycan əlaqələrindən bəhs edən müştərək tədbirlərin keçirilməsinə dair təklifləri irli sürüb.
O, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanışlıqdan məmnunluğunu ifadə edib.
PƏRVANƏ
03.08.2016
çap et