525.Az

DİN-in Baş İdarəsində yeni rəis


 

DİN-in Baş İdarəsində yeni rəis <b style="color:red"></b> Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin edilib.
 
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis-polkovniki Oqtay Kərimov Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
O. Kərimov buna qədər həmin idarənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi olmuş polis general-mayoru

Cavanşir Məmmədov bir müddət əvvəl yaş həddinə görə təqaüdə göndərilib. C. Məmmədov 21 il bu vəzifədə çalışıb.
 





04.08.2016    çap et  çap et