525.Az

AZAL təyyarəsindən yeni rekord


 

AZAL təyyarəsindən yeni rekord <b style="color:red"></b>

Rio-de-Janeyro hava limanının tarixində AZAL təyyarəsi yeni rekord vurub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Rio-2016" Olimpiya oyunlarına ölkəmizin idmançılarını çatdıran Azərbaycan Hava Yollarına məxsus Airbus A340-500 sərnişin layneri Rio-de-Janeyronun "Qalean" Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekord vurub.

Hava gəmisi 12370 km məsafəni 14 saat 22 dəqiqə ərzində uçub.

Bu barədə “Qalean" hava limanının Facebook sosial şəbəkəsinin rəsmi səhifəsində bildirir:

https://www.facebook.com/RIOgaleao/photos/a.1450565018556852.1073741828.1446327678980586/1788924301387587/?type=3&theater

 





04.08.2016    çap et  çap et