Kann Film Festivalı Münsiflər Heyətinin bu ilki rəhbəri məşhur rejiossor və prodüsser Stiven Spilberq olacaq.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, festivalın rəhbəri Giles Yakob ciddi cəhdlərdən sonra məşhur rejissoru Münsiflər Heyətinin sədri olmağa razı saldıqlarını söyləyib.
İllərdir Spilberqin Münsiflər Heyətinə rəhbərlik etməsi üçün çalışdıqlarını qeyd edən Yakob indiyə qədər məşhur rejissorun işlərinin çoxluğu səbəbilə təklifləri qəbul etmədiyini deyib: "Bu il nəhayət gözlədiyim cavabı aldım".
66-cı Kann Film Festivalı 15-26 may tarixləri arasında keçiriləcək.
çap et