525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

Avqustun 5-i Hərbi Donanma Günüdür.

Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.

1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunub.
 
1895-ci il. Görkəmli alim, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Mustafa Topçubaşov anadan olub.

Dünya tibb elmində bir sıra yeniliklər məhz M.Topçubaşovun adı ilə bağlıdır.

O, 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - analgeziya üsulunu kəşf edib.

Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilib.
 
M.Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb.
 
Görkəmli alim SSRİ-də ilk dəfə təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

1897–ci il. Amerikalı iş adamı, ixtiraçı Tomas Alva Edison tərəfindən ilk reklam filmi istehsal edilib.

Reklam insanların hər hansı bir məhsulu almağında, xidmətində və ya satışında istifadə olunan məlumatlandırma vasitəsidir.
 
Hələ Qədim Misirdə papiruslardan satışla bağlı məlumatlar və divar afişaları hazırlamaq üçün istifadə edirdilər. Kommersiya və siyasi təşviqat xarakterli məlumatlara qədim Pompey şəhərinin dağıntıları arasında rast gəlinib.
 
Avqustun 5-i Beynəlxalq İşıqfor Günüdür.
 
Bu tarix 1914–cü ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində dünyada ilk işıqforların quraşdırılması ilə bağlıdır.

Həmin işıqforların yalnız qırmızı və yaşıl işıqları var idi. Onlar xüsusi siqnalla təchiz olunmuşdular. Belə ki, işıqforun rənglərinin dəyişməsi xüsusi siqnallarla müşayiət olunurdu.

 





05.08.2016    çap et  çap et