525.Az

"Petkim"in rəhbərliyinə daha bir təyinat


 

"Petkim"in rəhbərliyinə daha bir təyinat <b style="color:red"></b> "Petkim Petrokimya Holding A.Ş."-də kadr və struktur dəyişikliyi olub.
 
"APA-Economics" xəbər verir ki, holdinqdə baş direktorun layihə və investisiyalar üzrə müavini vəzifəsi yaradılıb. Bu vəzifəyə Bilal Quliyev təyin olunub.
 
Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.
 
"APA-Economics"in əldə etdiyi məlumata görə, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.
 
"SOCAR Türkiye" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev isə bildirib ki, "Petkim Petrokimya Holding A.Ş."-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.

V. Əliyev əlavə edib ki, "SOCAR Türkiye" isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.
 





05.08.2016    çap et  çap et