525.Az

“Asan imza” sertifikatlarını necə yeniləmək olar?


 

“Asan imza” sertifikatlarını necə yeniləmək olar?<b style="color:red"></b>

“Asan imza” sertifikatlarını yeniləmək çox sadədir.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə 2013-cü ilin iyun ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı fəaliyyətə başlayıb.
 
“Asan imza” sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlıq müddəti bu ilin avqust və növbəti aylarında bitəcək. “Asan imza” sertifikatının yenisini almaq istəyənlər qüvvədə olan “Asan imza” vasitəsilə www.asxm.gov.az/portal/login  portalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra “Asan imza” sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər.

Vətəndaşların “Asan imza” ilə əlaqədar əlavə suallar yaranarsa Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının “Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html) və www.asxm.gov.az internet ünvanına müraciət etmələri mümkündür.

 





05.08.2016    çap et  çap et