525.Az

Uspenskiy “Prostokvaşino”nun davamını yazıb


 

Uspenskiy “Prostokvaşino”nun davamını yazıb<b style="color:red"></b>

Yazıçı Eduard Uspenskiy “Prostokvaşino” cizgi filminin davamını yazıb. Baş qəhrəman Fyodor və onun dostları haqqında olan cizgi filminin yeni hissəsi "Poçt uğrunda mübarizə" adlanır. Yeni hekayənin personajlarını “Odnoklassniki” sosial şəbəkəsinin rəssamları çəkiblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hekayə ilk olaraq “Odnoklassniki” sosial şəbəkəsində hissələrlə və müvafiq illüstrasiyalarla yayımlanacaq. Müəlliflərin fikrinə görə sosial şəbəkə istifadəçiləri cizgi filminin ilk izləyiciləri olmaqla yanaşı, hekayənin necə başa çatacağına da qərar verə biləcəklər. Bundan əlavə E.Uspenskiy şəbəkənin OK Live əlavəsi vasitəsilə istifadəçilərlə canlı ünsiyyətdə olacaq.

Yazıçının özünün dediyinə görə, əvvəllər ölkənin bütün şəhərlərinə səfər edib oxucuları ilə birbaşa ünsiyyət qurmaq imkanı var idi. Müasir zamanda isə həm yol xərclərinin bahalaşması, həm də texnikanın inkişafı evdən çıxmadan geniş oxucu kütləsi ilə danışmaq imkanı yaradır.

İlk dəfə 1973-cü ildə çap olunmuş “Fyodor əmi, it və pişik” povesti Prostokvaşino haqqında silsilə əsərlərin əsasını qoydu. Rusiya animasiyasının "qızıl yüzlüyünə" daxil olan cizgi serialı 7 kitab və 5 filmdən ibarətdir.

 





05.08.2016    çap et  çap et