525.Az

“Azneft”in iddiası təmin edilmədi


 

“Azneft”in iddiası təmin edilmədi<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyi (İB) Xəzər rayon İcra Hakimiyyətini məhkəməyə verib.
 
APA-nın məlumatına görə, birlik Xəzər rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 1 iyun 1989-cu il tarixində Eyyub Cabbarlı adlı vətəndaşın adına verilən qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib.
 
Lakin məhkəmə iddianı mümkün saymayıb.

Həmin qərarla razılaşmayan İB isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətə məhkəmədə baxılacaq.
 





06.08.2016    çap et  çap et