525.Az

Beynəlxalq Bank məhkəməyə verildi


 

Beynəlxalq Bank məhkəməyə verildi<b style="color:red"></b> Azərbaycan Beynəlxalq Bankı məhkəməyə verilib.
 
APA-nın məlumatına görə, “Caspian Development Bank” (CDB) ASC “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi, borcun silinməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.
 
Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan isə iddiaçı tərəf apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
 





06.08.2016    çap et  çap et